SON XƏBƏRLƏR

Əhməd əş-Şaraa Donald Trampla görüşmək istəyir

2025.05.08, 13:21
Əhməd əş-Şaraa Donald Trampla görüşmək istəyir

Suriya Prezidenti Əhməd əş-Şaraa İkinci Dünya müharibəsindən sonra Avropanın yenidən qurulması proqramını təklif edən Amerikanın keçmiş dövlət katibi Corc Marşalın adını daşıyan Marşal Planına bənzər yenidənqurma ilə bağlı təklifini bölüşmək üçün amerikalı həmkarı Donald Trampla görüşmək istəyir.

Gunaz.tv

GünazTV xəbər verir ki, “The Wall Street Journal” Suriya rəsmilərinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, Şaraa yenidənqurma məsələsində Amerika və Avropa şirkətlərini Çindən üstün tutur. Suriyanın yeni hökumətinin Birləşmiş Ştatlarla güclü strateji əlaqələrə can atdığı bildirilir.

Şaraa Trampın Körfəz ölkələrinə gözlənilən səfəri zamanı onunla görüşmək istəyir. Suriya liderinin artıq bu barədə Ağ Evə müraciət etdiyi qeyd olunur.

Beynəlxalq Böhran Qrupunun baş məsləhətçisi Daren Xalifa mövzunu şərh edərkən bildirib ki, suriyalılar çox çalışırlar lakin onlar Amerikanın konkret addımlarının olmamasından, Amerikadan başqa heç kimin ölkəyə investisiya qoymayacağından xəbərsiz deyillər. Suriya iqtisadiyyatı yavaş-yavaş çökür.

Suriya Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi deyib: “Yeni Azad Suriya Birləşmiş Ştatlarla enerji və digər iqtisadi əlaqələr də daxil olmaqla, qarşılıqlı maraqlara və tərəfdaşlığa əsaslanan güclü strateji əlaqələr qurmağa çalışır. Dəməşq Suriyanın növbəti mərhələsində Vaşinqtonun mühüm və nüfuzlu müttəfiqi olmağa ümid edir”.

Suriyanın böyük şəhərlərinin bir hissəsi xarabalığa çevrilib. Onun hava limanları, yolları, elektrik şəbəkəsi və kommunikasiya infrastrukturunun təmirə ehtiyacı var. Şaraa və digər Suriya rəsmiləri infrastrukturun yenidən qurulması üçün Amerika şirkətlərini cəlb etmək istəyirlər.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar