SON XƏBƏRLƏR

Çin və Rusiya liderləri iqtisadiyyat, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər

2025.05.08, 15:53
Çin və Rusiya liderləri iqtisadiyyat, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin Moskvada keçirilən görüşdə iqtisadi əlaqələr, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Dövlət başçıları iki ölkə arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət münasibətlərinin daha da dərinləşdirilməsi ilə bağlı bəyanat qəbul ediblər.

V.Putin vurğulayıb ki, Rusiya və Çin münasibətləri daxili siyasi amillərdən və cari dünya konyunkturasından asılı deyil.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar