SON XƏBƏRLƏR

Zabil Səfərov 31 il sonra Bakı Hərbi Məhkəməsində şahid kimi ifadə verib

2025.05.09, 11:06
Zabil Səfərov 31 il sonra Bakı Hərbi Məhkəməsində şahid kimi ifadə verib

Azərbaycana qarşı çoxsaylı cinayətlərdə ittiham olunan Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 8-də davam etdirilib.

Gunaz.tv

Məhkəmədə ifadə verən Zabil səfərov 1993-cü il aprel 4-də Ermənistan silahlı bölmələrinin Kəlbəcərə girdiyini, onları mühasirəyə aldığını deyib.

“Ermənilər məni tanka mindirib aparanda nənəm yalvardı ki, uşağı məndən ayırmayın. Amma onlar buna məhəl qoymadı. Bundan sonra nənəmi “nə vaxtsa bizim ordu bu torpaqları alacaq” sözünə görə orada öldürdülər. Nənəmi öldürəndən sonra məni Kəlbəcərin Vəng kəndinə gətirdilər. Orada da bizə işgəncə verib, sonra rayona gətirdilər”, - deyə o bildirib.

Zərərçəkmiş şəxs xatırlayıb ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri girov götürdükləri qadınları təhqir edir, qoca, uşaq demədən hamıya işgəncələr verir, onları qətlə yetirirdilər.

“Ermənilər şişi qızdırıb bizim əsgərin bədənini yandırdılar.

Mən Şuşa “türmə”sində olarkən birinin bədənini yandırdıqlarının şahidi oldum. Ermənilərin bir neçə azərbaycanlını döyərək öldürdüklərini gördüm.

Həmçinin onlar 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı.

Ermənilər azərbaycanlılara o qədər işgəncə verirdilər ki, onlar dözə bilməyərək özlərini öldürürdülər.

Ermənistan ordusunun hərbçiləri qəbiristanlıqlarımızı talan edir, nəşləri qəbirdən çıxarıb təhqir edirdilər.

Mənə edilən işgəncələrə görə sağ qulağım yaxşı eşitmir, gözümdə zəiflik yaranıb. Dişlərimi qırdılar”, - deyə Z.Səfərov diqqətə çatdırıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar