SON XƏBƏRLƏR

Suriya qeyri-qanuni miqrantları daşıyan qayıqlara qarşı əməliyyat keçirib

2025.05.09, 11:21
Suriya qeyri-qanuni miqrantları daşıyan qayıqlara qarşı əməliyyat keçirib

Suriya Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri (HDQ) qanunsuz insan daşıması üçün istifadə edilən gəmilərə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat paylaşıb.

“Bir neçə saat davam edən qarşıdurma nəticəsində bir neçə qaçaqmalçı saxlanılıb, onlarla birlikdə olan silah-sursat və avadanlıqlar müsadirə edilib”, - nazirliyin açıqlamasında bildirilir.

Qurumdan əlavə edilib ki, saxlanılan şəxslər cinayət məsuliyyətinə cəlb olunmaları üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilib. Qeyd edilir ki, əməliyyat Müdafiə Nazirliyinin qaçaqmalçılıqla mübarizə üzrə davam etdirdiyi tədbirlər çərçivəsində həyata keçirilib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar