SON XƏBƏRLƏR

Tramp Səudiyyə Ərəbistanında Putinlə görüşmək fikrində deyil

2025.05.09, 12:13
Tramp Səudiyyə Ərəbistanında Putinlə görüşmək fikrində deyil

Amerika lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə mayın ortalarında Səudiyyə Ərəbistanında görüşün baş tutmayacağını bildirib.

Gunaz.tv

"Mən belə düşünmürəm", - Tramp Ağ Evdə jurnalistlərin Amerika Prezidentinin Yaxın Şərq turu zamanı Rusiya lideri ilə görüşünün mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.

Bununla belə, Tramp qeyd edib ki, Rusiya və Amerika çox yaxşı danışıqlar aparır.

Mayın 5-də Tramp Səudiyyə Ərəbistanında Putinlə mümkün görüşü açıqlayıb. O, jurnalistlərlə söhbətində deyib ki, yaxın vaxtlarda səfərə gedəcəyi Səudiyyə Ərəbistanında onunla Rusiya lideri arasında təkbətək görüş baş tuta bilər.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar