SON XƏBƏRLƏR

İranda 6 məhbus edam edildi

2025.05.10, 12:23
İranda 6 məhbus edam edildi

Kirman, Şiraz, Zəncan, Rəşt və Yasuc şəhərlərinin həbsxanalarında 6 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, onlar narkotik maddələrlə bağlı cinayətlərdə günahlandırılıblar.

Yasuc həbsxanasında edam edilən iki nəfərdən birinin Əşrəf Şahbazi adlı qadın olduğu bildirilib.

Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, cari ildə İranda edam edilənlərdən 370 nəfərin kimliyi müəyyənləşdirilib, onlardan 13-ü qadındır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar