SON XƏBƏRLƏR

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

2025.05.10, 12:38
Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi barədə tamamilə yalan və dezinformasiya məqsədi daşıyan məlumat yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir.

Gunaz.tv

Günaz TV Reporta istinadən xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır.

Qeyd edək ki, bu gün saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən yalnız qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar