SON XƏBƏRLƏR

Pezeşkian: İranın nüvə obyektlərinin fəaliyyətini dayandırması fikri qəbuledilməzdir

2025.05.12, 11:59
Pezeşkian: İranın nüvə obyektlərinin fəaliyyətini dayandırması fikri qəbuledilməzdir

"Biz sülhə can atdığımız üçün dialoqa giririk. Bununla belə, İranın nüvə obyektlərinin fəaliyyətini dayandırması fikri bizim üçün qəbuledilməzdir."

Gunaz.tv

 sözləri İranın prezidenti Məsud Pezeşkian deyib.

“Bəzi insanlar səhvən bizim zəif olduğumuza inanır və mediada belə iddialar irəli sürürlər. Bizə səhiyyə, texnologiya, kənd təsərrüfatı, ətraf mühit və sənaye üçün nüvə enerjisi lazımdır və biz bunu o qədər də asanlıqla təhvil vermək fikrində deyilik.” - deyə Pezeşkian bildirib.

Bununla belə, o əlavə edib ki, “sizi əmin edə bilərik ki, İran heç vaxt nüvə silahı əldə etmək istəməyib, istəmir və istəməyəcək.”

Pezeşkianın bu iddialarına baxmayaraq kütləvi informasiya vasitələrində yayılan peyk görüntüləırindən və İranın uranı zənginləşdirmə faizlərindən aydın olur ki, bu iddialar həqiqətə uyğun deyil.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar