SON XƏBƏRLƏR

Amerika və Çin rüsumların 90 gün müddətinə azaldılması barədə razılığa gəlib

2025.05.12, 12:17
Amerika və Çin rüsumların 90 gün müddətinə azaldılması barədə razılığa gəlib

Amerika və Çin rüsumların qarşılıqlı olaraq 90 gün müddətinə azaldılması barədə razılaşıb.

Gunaz.tv

Bu barədə birgə bəyanatda deyilir.

Çin Amerikadan daxil olan mallara tətbiq olunan rüsumları 90 gün müddətinə 24 faiz bəndi azaldacaq.

Amerika maliyyə naziri Skott Bessent Cenevrədə aparılan danışıqların yekunu üzrə bildirib ki, razılaşmaya əsasən, Vaşinqton Çin mallarına rüsumları 145 %-dən 30 %-ə, Pekin isə 125 %-dən 10 %-ə endirəcək. Daha əvvəl İsveçrədə Çin və Amerika nümayəndə heyətləri arasında aparılan danışıqların yekunu üzrə tərəflər ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi yaratmaq barədə razılığa gəliblər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar