SON XƏBƏRLƏR

"Yaylıq" nəşriyyatının fəaliyyəti qadağan edildi

2025.05.12, 15:16
"Yaylıq" nəşriyyatının fəaliyyəti qadağan edildi

Ərdəbil Təhlükısizlik və Kəşfiyyat İdarəsi bu şəhərdə fəaliyyət göstərən "Yaylıq" nəşriyyatının fəaliyyətinə qadağa qoyub və nəşriyyatın ofisi bağlayıb.

Gunaz.tv

Bu barədə nəşriyyatın müdiri Sədullah Dünyəvi Muğanlı məlumat yayıb.

O, özünün sosial media hesabında etdiyi paylaşımda nəşriyyatın bağlanmasını kinayə ilə "Yaylıq nəşriyyatına hədiyyə" adlandırıb.

Bundan əvvəl fevral ayında həbsdə olan və ya məhkumluq dövrü yaşayan yazıçıların əsərlərinin çap ediləcəyi təqdirdə nəşriyyata bağlanacağı barədə xəbərdarlıq edilmişdi.

Qeyd edək ki, 2009-cu ildə fəaliyyətə başlayan "Yaylıq" nəşriyyatı Güney Azərbaycan və Azərbaycan Respublikasının yazıçılarının əsərlərinin nəşri ilə məşğul olub.

Nəşriyyat həmçinin dünya ədəbiyyatından Azərbaycan dilinə tərcümə edilən əsərləri yayımlayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar