SON XƏBƏRLƏR

5 şəhərdə 8 məhbus edam edildi

2025.05.12, 16:16
5 şəhərdə 8 məhbus edam edildi

Təbriz, Miyana, Qorqan, Zahidan və Şahrud şəhərlərinin həbsxanalarında 8 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, onlar narkotik maddələrlə bağlı cinayətlərdə günahlandırılıblar.

Qorqan həbsxanasında edam edilən üç nəfərdən birinin qadın olduğu bildirilib.

Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, cari ildə İranda edam edilənlərdən 384 nəfərin kimliyi müəyyənləşdirilib, onlardan 14-ü qadındır.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar