SON XƏBƏRLƏR

Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər

2025.05.12, 20:57
Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər

ABŞ Prezidenti Donald Tramp cümə axşamı İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qoşula bilər.

Gunaz.tv

Bu barədə amerikalı lider Ağ Evdə jurnalistlərə bildirib.

Tramp Rusiya və Ukrayna prezidentlərinin birbaşa danışıqlar aparmaq qərarını nikbin adlandırıb və bu görüşün səmərəli olacağına əminliyini ifadə edib.

“Cümə axşamı harda olacağımı bilmirəm. O qədər görüşlərim var ki. Amma faydalı olacağına əmin olsam, getməyim də bir ehtimaldır”, - o deyib.

Amerika lideri, həmçinin Rusiya tərəfinin Ukrayna ilə 30 günlük atəşkəs şərtləri ilə bağlı razılaşacağına inandığını vurğulayıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar