SON XƏBƏRLƏR

Liviyada silahlı qarşıdurmalar baş verdi

2025.05.13, 11:22
Liviyada silahlı qarşıdurmalar baş verdi

Liviyanın paytaxtı Tripolidə silahlı qarşıdurmalar baş verib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, qarşıdurmalara Milli Həmrəylik Hökumətinin yüksək vəzifəli rəsmisi Əbdül Qani əl-Kiklinin qətlə yetirilməsi səbəb olub.

Bəzi xəbərlərdə isə hadisələrin mümkün dövlət çevrilişi cəhdi ilə bağlı olduğu qeyd edilir. Hazırda şəhərdə güclü atışma səsləri eşidilir.

Tripolinin beynəlxalq hava limanı fəaliyyətini dayandırıb, reyslər Misurataya yönləndirilib. Liviyanın Daxili İşlər Nazirliyi şəhər sakinlərini evlərindən çıxmamağa çağırıb və paytaxtda komendant saatı elan olunub.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar