SON XƏBƏRLƏR

Amerika bölgədəki B-2 bombardmançılarını B-52-lərlə əvəz edir

2025.05.13, 12:12
Amerika bölgədəki B-2 bombardmançılarını B-52-lərlə əvəz edir

Amerika ordusu Yaxın Şərqdə fəaliyyət göstərmək üçün yerləşdirilən B-2 bombardmançılarını B-52-lərlə əvəz edir.

Gunaz.tv

Bu barədə "Reuters" amerikalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, Amerikanın Yəməndə bombardman kampaniyası və İranla gərginliyin artması fonunda Pentaqon mart ayında Hind okeanındakı Dieqo Qarsiya adasındakı Amerika-Britaniya hərbi bazasına altı ədəd B-2 bombardmançı təyyarəsi yerləşdirmişdi.

İndi isə bu təyyarələrin B-52-lərlə əvəzləndiyi deyilir.

Xatırladaq ki, B-52 təyyarələrinin 32 tona qədər silah daşına qabiliyyətinin olduğu bildirilir. B-2-lərdə isə bu rəqəm 18 tona bərabərdir.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar