SON XƏBƏRLƏR

Uranın zənginləşdirilməsi üzrə mümkün məhdudiyyətlərlə bağlı detallar razılaşdırılmayıb

2025.05.13, 13:08
Uranın zənginləşdirilməsi üzrə mümkün məhdudiyyətlərlə bağlı detallar razılaşdırılmayıb

Nüvə danışıqlarının son mərhələsində uranın zənginləşdirilməsi üzrə mümkün məhdudiyyətlərlə bağlı konkret detalların razılaşdırılmadığını bildirib.

Gunaz.tv

Bu barədə Xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Tasnim xəbər agentliyinə müsahibəsində deyib.

“Biz zənginləşdirmənin səviyyəsi və ya miqyası ilə bağlı konkret konkret razılaşmaya gəlməmişik. Danışıqlar yalnız ümumi çərçivənin formalaşdırılması ətrafında gedib." - deyə o bildirib.

Qeyd edək ki,İranın xarici işlər naziri Abbas Əraqçi bazar günü bildirib ki, İran zənginləşdirməyə müvəqqəti məhdudiyyətlər gətirməyi nəzərdən keçirə bilər.

Taxt-Rəvançi əlavə edib ki, İranın nüvə proqramına məhtudiyyətlərə qarşılıq İrana olan sanksiyalar ləğv edilməlidir.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar