SON XƏBƏRLƏR

Dmitri Peskov: Rusiya “Boeing” qəzası ilə bağlı çıxarılan nəticələri qəbul etmir

2025.05.13, 14:25
Dmitri Peskov: Rusiya “Boeing” qəzası ilə bağlı çıxarılan nəticələri qəbul etmir

Moskva 2014-cü ildə Malayziyanın “Boeing” təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyanın məsuliyyət daşıması barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nəticələrini qəbul etmir.

Gunaz.tv

Günaz TV Reporta istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov aviaqəzaya görə Rusiyanı günahlandıran Beynəlxalq Mülki Aviasiya Təşkilatları Şurasının qərarını şərh edərkən bildirib.

"Mövqeyimiz yaxşı məlumdur: Rusiya bu hadisənin araşdırılmasında iştirak etməyib, ona görə də biz hər hansı qərəzli nəticələri qəbul etmirik", - o vurğulayıb.

Qeyd edək ki, “Malaysia Airlines” aviaşirkətinin Amsterdam (Niderland) - Kuala-Lumpur (Malayziya) reysini yerinə yetirən “Boeing-777” təyyarəsi Ukraynanın hava məkanı üzərində vurulub. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar