SON XƏBƏRLƏR

İran uranın zənginləşdirilməsini 5%-ə qədər azalda bilər - Millət vəkili

2025.05.13, 14:53
İran uranın zənginləşdirilməsini 5%-ə qədər azalda bilər - Millət vəkili

İslam Respublikası heç vaxt uranın zənginləşdirilməsini dayandırmayacaq və Amerika ilə əldə etdiyimiz razılaşmada biz öz ölkəmiz daxilində 20% və ya ən azı 5% faiz zənginləşdirməni imkanını mütləq saxlayacağıq.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdestani deyib.

"Zənginləşdirmə obyektlərimizi ləğv etmək şərti ilə razılaşmayacayıq",- o bildirib.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin bir müddət əvvəl verdiyi açıqlamasına görə, İran 60% zənginləşdirilmiş uran ehtiyatlarını 275 kiloqrama qədər artıb.

Donald Tramp administrasiyası isə İranda uranın zənginləşdirilməsi proqramının tamamilə dayandırılmasını tələb edir.

Ərdestaninin İranın uranın zənginləşdirilməsinin hətta 5%-ə qədər azaldılması barədə bəyanatı, Tehranın ABŞ arşısında yenidən geri oturması kimi dəyərləndirilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar