SON XƏBƏRLƏR

Amerika İrana qarşı sanksiyaları genişləndirir

2025.05.13, 20:23
Amerika İrana qarşı sanksiyaları genişləndirir

Amerika milyonlarla barel İran neftini Çinə göndərdiyini iddia edilən gəmiçilik şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq edib.

Gunaz.tv

Bu barədə Amerikanın Dövlət Departamenti məlumat yayıb.

“İran Silahlı Qüvvələri Baş Qərargahı və ona bağlı "Sepehr Energy" şirkəti Çinə milyardlarla dollar dəyərində milyonlarla barel İran xam neftinin daşınmasına şərait yaradıb.” - deyə Dövlət Departamentinin bəyanatında bildirilib.

Dövlət Departamenti verdiyi açıqlamada, bu neftin satışından əldə edilən gəlir ilə ballistik raketlərin və pilotsuz uçuş aparatlarının  inkişafının, nüvə silahlarının yayılmasının və husilərin Qırmızı Dəniz Gəmiçiliyinə, Amerika Hərbi Dəniz Qüvvələrinə və İsrailə hücumları da daxil olmaqla, terrorçuların maliyyələşdirildiyini deyib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar