SON XƏBƏRLƏR

İranla "Avropa üçlüyü" Türkiyədə görüşəcək

2025.05.14, 11:38
İranla "Avropa üçlüyü" Türkiyədə görüşəcək

İran və "Avropa üçlüyü" (Almaniya, Böyük Britaniya və Fransa) arasında Əhatəli Razılaşma Müqaviləsi Planı üzrə mayın 16-da Türkiyənin İstanbul şəhərində məsləhətləşmə keçiriləcək.

Gunaz.tv

Bildirilib ki, Tehran rəsmiləri gələn cümə günü İstanbulda Avropa tərəfləri ilə 2015-ci ilin iyulunda İslam Respublikası ilə "altılıq" (Amerika, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) arasında imzalanmış nüvə sazişi üzrə danışıqlar keçirəcəklər.

Bu məsləhətləşmələr yaxın günlərdə keçiriləcək Amerika-İran birbaşa olmayan görüşünün beşinci raundu başlamazdan əvvəl saziş üzrə öz mövqelərini möhkəmləndirməyə çalışdığı bir vaxtda reallaşacaq.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar