SON XƏBƏRLƏR

Liviyanın paytaxtı Tripolidə toqquşmalar yenidən başlayıb

2025.05.14, 12:24
Liviyanın paytaxtı Tripolidə toqquşmalar yenidən başlayıb

Liviyanın paytaxtı Tripolinin müxtəlif bölgələrində silahlı qruplar arasında toqquşmalar yenidən başlayıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, Anadolu Agentliyinin müxbirlərinin hadisə şahidlərdən aldığı məlumatlara görə, Tripolinin Ayn Zara, Ras Həsən və Bin Aşur bölgələrində silahlı qruplar arasında qarşıdurmalar gecəboyun davam edib. Liviya mətbuatında yer alan xəbərlərə görə, Tripolinin Mitiqa beynəlxalq hava limanında uçuşlar dayandırılıb.

Liviya Qızıl Aypara Cəmiyyətinin Tripoli şöbəsi xəbərdarlıq səviyyəsini maksimuma qaldırıb, Tripoli Universiteti isə təhsilin yenidən dayandırıldığını açıqlayıb.

Liviya Milli Birlik Hökumətinin Təhsil Nazirliyindən verilən açıqlamada tələbələrin, müəllimlərin və inzibati heyətin təhlükəsizliyi üçün Tripolidə vəziyyət sabitləşənə qədər təhsilin dayandırıldığı bildirilib.

Sosial şəbəkələrdəki paylaşımlarda toqquşmaların Müdafiə Nazirliyinə bağlı qüvvələrlə “Rada” adlı milis qüvvələri arasında baş verdiyi barədə məlumatlar yer alıb.

Birləşmiş Millətlər Təşkilatının Liviyadakı Dəstək Missiyası (UNSMIL) açıqlamasında son iki gecədə Tripolinin sıx məskunlaşdığı yaşayış məntəqələrində artan zorakılıqlardan və mülki insanların həyatını təhlükə altına atılmasından dərin narahat olduğunu bildirib.

Bəyanatda mülki əhalinin yerləşdiyi bütün ərazilərdə qeyd-şərtsiz atəşkəsə və problemlərin dialoq yolu ilə həllinə çağırılıb.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar