SON XƏBƏRLƏR

Ər-Riyadda dördtərəfli Suriya sammiti

2025.05.14, 12:44
Ər-Riyadda dördtərəfli Suriya sammiti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Amerika Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Suriya Prezidenti Əhməd əş-Şaraa onlayn formatda görüş keçiriblər.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “TRT haber” telekanalı məlumat paylaşıb.

R.T.Ərdoğan onlayn formatda keçirilən Türkiyə-Amerika-Səudiyyə Ərəbistanı-Suriya görüşü zamanı bildirib ki, Trampın Suriyaya qarşı sanksiyaların ləğvi qərarı tarixi əhəmiyyət kəsb edir. O, bu qərarın Suriyaya qarşı sanksiyalar tətbiq edən digər ölkələr üçün nümunə olacağına əminliyini ifadə edib.

Prezident Ərdoğan görüşdə Türkiyənin Suriyanın sabit və firavan, bölgə dövlətləri ilə birgə işləyən, qonşularına təhlükə yaratmayan bir ölkə olmasını arzuladığını və bunun üçün səy göstərdiyini bildirib.

Prezident Ərdoğan Türkiyənin İŞİD başda olmaqla terror təşkilatlarına qarşı mübarizəsində Dəməşq rəhbərliyinə dəstəyini davam etdirəcəyini, İŞİD terrorçularının saxlandığı təcridxanaların idarə olunması və təhlükəsizliyi ilə bağlı dəstəyi verməyə hazır olduğunu bildirib.

Eyni zamanda Prezident Ərdoğan görüşdə Rusiya-Ukrayna müharibəsində dərhal atəşkəs və sülh danışıqlarına başlamağın liderlər üçün faydalı olacağını, Türkiyənin sülh üçün əlindən gələni etməyə davam edəcəyini bildirib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar