SON XƏBƏRLƏR

HƏMAS-ın Qəzza lideri İsrail ordusunun hücumunda hədəfə alınıb

2025.05.14, 13:31
HƏMAS-ın Qəzza lideri İsrail ordusunun hücumunda hədəfə alınıb

HƏMAS-ın Qəzzadakı lideri Məhəmməd Sinvar çərşənbə axşamı günorta saatlarında İsrailin Qəzza zolağının cənubundakı xəstəxanaya genişmiqyaslı hava hücumu zamanı hədəfə alınıb.

Gunaz.tv

Sinvarın öldürülüb-öldürülmədiyini təsdiqləməyən İsrail Müdafiə Qüvvələri verdiyi açıqlamada, Xan Yunisdəki Xəstəxananın altındakı terror qruplaşmasına aid yeraltı komandanlıq mərkəzində Həmas əməliyyatçılarını hədəf aldığını bildirib.

Hərbçilər zərbədən sonrakı görüntüləri də yayıblar. Videoda İsrail Silahlı Qüvvələrinin zərbəsi nəticəsində xəstəxananın altındakı tunel aşkar edilsə də, görüntülərdə tibb mərkəzi deyil, bitişik məktəb göstərilirdi.

İnternetdə yayımlanan görüntülərdə İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin onlarla bomba atması nəticəsində xəstəxananın ətrafında yerdən duman qalxdığı görünür. Digər videolarda isə zərbə zonasında yerin çökdüyü göstərilirdi.

HƏMAS tərəfindən verilən məlumatda hücumda 16 nəfərin öldüyünü və 70-dən çox yaralının olduğunu iddia edilir, lakin həlak olanlar arasında Sinvarın olub-olmadığı barədə məlumat verilmir.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar