SON XƏBƏRLƏR

Tramp Ukraynada sülh üçün bütün variantları nəzərdən keçirməyə hazırdır

2025.05.15, 11:21
Tramp Ukraynada sülh üçün bütün variantları nəzərdən keçirməyə hazırdır

Amerika Prezidenti Donald Tramp Ukraynada münaqişənin həllinə gətirib çıxaracaq istənilən mexanizmə açıqdır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Amerika dövlət katibi Marko Rubio Türkiyədə NATO-nun baş katibi Mark Ryutte ilə birgə mətbuat konfransında bildirib.

"Amerika Prezidentinin mövqeyi son dərəcə aydındır - o, hər şeyin başa çatmasını istəyir və Ukraynada sülhə gətirib çıxaracaq istənilən mexanizmə açıqdır. Biz irəliləyiş görmək istəyirik. Hansı mexanizmin ortaya çıxmasından və ya hansı prosesin baş verməsindən asılı olmayaraq, biz münaqişəyə son qoymaq üçün konstruktiv dialoqa açığıq", - M.Rubio bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar