SON XƏBƏRLƏR

Amerika Dövlət Departamentinin nümayəndəsi Putinin köməkçisi ilə görüşəcək

2025.05.16, 13:07
Amerika Dövlət Departamentinin nümayəndəsi Putinin köməkçisi ilə görüşəcək

İstanbul danışıqlarında Amerika təmsil edən Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Maykl Enton Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski ilə ayrıca görüş keçirəcək.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə BBC mənbələrə istinadən bildirib.

Məlumata görə, Enton Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli görüşə qatılmayacaq. Türkiyə XİN-dəki mənbələrin TASS-a bildirdiyinə görə, bu formatda görüşün yerli vaxtla saat 12:30-da keçirilməsi planlaşdırılır.

Görüşlər Dolmabahçe prezident ofisində keçiriləcək. Rusiya və Ukrayna arasında ilk birbaşa danışıqların da orada başlaması gözlənilir. Rusiya nümayəndə heyətinə Medinski başçılıq edir.

O, daha əvvəl Ukrayna tərəfi ilə birbaşa danışıqların məqsədinin uzunmüddətli sülhün təmin edilməsi və böhranın əsas səbəblərinin aradan qaldırılması olduğunu bildirib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar