SON XƏBƏRLƏR

İsrail və Suriya rəsmiləri Qətərin vasitəçiliyi ilə gizli görüşlər keçirib

2025.05.16, 14:36
İsrail və Suriya rəsmiləri Qətərin vasitəçiliyi ilə gizli görüşlər keçirib

İsrailin təhlükəsizlik qurumunun yüksək vəzifəli məmurları bu yaxınlarda Suriya lideri Əhməd əş-Şaraanın nümayəndələri ilə görüşlər keçirib. Dohanın həm Suriya, həm də İsraillə sıx əlaqələri nəzərə alınmaqla görüşlər Qətərin təşəbbüsü və vasitəçiliyi ilə keçirilib.

Gunaz.tv

GünazTV İsrail mediasına istinadla xəbər verir ki, Yaxın Şərqdəki mənbənin bildirdiyinə görə, danışıqlarda regional gərginliyin qarşısını almaq üçün ilkin tanışlıq və mesaj mübadiləsi kanalının yaradılması müzakirə edilib. İsrail açıq şəkildə əş-Şaraa hakimiyyətinə şübhə ilə yanaşsa da, Qətər və digər ölkələrin rəsmiləri İsrailə Suriyanın yeni rəhbərliyinin münaqişəyə başlamaq niyyətində olmadığını və bu şübhənin yersiz ola biləcəyini çatdırıblar.

Keçən həftə ilk dəfə olaraq əş-Şaraa etiraf etdi ki, onun hakimiyyəti vəziyyəti sakitləşdirmək üçün vasitəçilər vasitəsilə İsraillə danışıqlar aparır. Suriya ilə əlaqəli olmayan mənbələr "Haaretz"-ə bildiriblər ki, aralarında iki yüksək rütbəli nümayəndənin də olduğu Suriya rəsmilərindən ibarət bir heyət bu yaxınlarda İsrailə səfər edib və ötən ayın sonunda İsrail təhlükəsizlik rəsmiləri ilə görüşüb.

"Reuters" xəbər verir ki, müzakirələrdə kəşfiyyat və təhlükəsizlik məsələləri, eləcə də iki ölkə arasında etimadın yaradılması istiqamətində atılan addımlar müzakirə edilib, lakin rəsmi diplomatik münasibətlərin qurulmasını nəzərdə tutmayıb. "Reuters"-in istinadla verdiyi məlumata görə, vasitəçilik səyləri ötən ay Suriya prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfərindən sonra başlayıb.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar