SON XƏBƏRLƏR

İran heç vaxt uranın zənginləşdirilməsindən əl çəkməyəcək

2025.05.16, 14:39
İran heç vaxt uranın zənginləşdirilməsindən əl çəkməyəcək

"İran heç vaxt uranın zənginləşdirilməsindən əl çəkməyəcək."

Gunaz.tv

Bu sözləri Qumlu din xadimi Məhəmməd Səidi cümə xütbəsində deyib.

“Uranın zənginləşdirilməsi elmi gücün əlamətidir. Onun qorunub saxlanması dünyaya açıq bir mesaj verir ki, İslam Respublikası xarici təzyiqlər altında İran xalqının haqlı iddiasından heç vaxt əl çəkməyəcək.” - deyə o bildirib.

Nüvə enerjisi İranın uzunmüddətli enerji ehtiyaclarının təmin edilməsində əsas rol oynayır, deyən Səidi bu sahənin tibb, kənd təsərrüfatı və biotexnologiyada da mühüm məqsədlərə xidmət etdiyini bildirib.

Qeyd edək ki,  istər Amerika kəşfiyyatının, istərsə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına görə, İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq zənginləşdirib və qısa müddətdə nüvə silahı əldə edə bilər.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar