SON XƏBƏRLƏR

Amerika Maliyyə Departamenti İrana görə Honq-Konq banklarına xəbərdarlıq edib

2025.05.16, 14:46
Amerika Maliyyə Departamenti İrana görə Honq-Konq banklarına xəbərdarlıq edib

Amerika Maliyyə Departamentinin nümayəndə heyəti keçən ay bir neçə Honq-Konq bankı ilə görüşərək onlara İranın Çinə neft nəqlini asanlaşdırdıqlarına görə xəbərdarlıq edib.

Gunaz.tv

Bu barədə məlumatlı mənbələr "Bloomberg"ə bildirib.

Xəbərə görə, görüşlər aprelin 7-də baş tutub. Banklara törəmə şirkətlərin arxasında duran əsas sahibləri aşkar etmək və İranla əlaqəli şübhəli qeyri-dollar əməliyyatlarını qeyd etmək barədə çağırışlar edilib.

Məlumata görə, "HSBC", "Standard Chartered" və "Bank of China" (Hong Kong) nümayəndələri görüşdə iştirak edənlər arasında olublar.

Qeyd edək ki, bu görüş İranın Çinə neft satmasına kömək etməkdə günahlandırılan Honq-Konqda qeydiyyatdan keçmiş 9 quruma Amerikanın sanksiya tətbiq etməsindən əvvəl olub.

Xatırladaq ki, ötən həftə "Sepehr Energy" şirkətinin sanksiyaya məruz qalmış nefti Asiyaya satmaq üçün törəmə şirkətlər qurduğu üzə çıxmışdı.

 

- Cəfər Cəfərli

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar