SON XƏBƏRLƏR

Hakan Fidan: Atəşkəs Ukraynada nizamlanma üçün mühüm əhəmiyyət kəsb edir

2025.05.16, 15:26
Hakan Fidan: Atəşkəs Ukraynada nizamlanma üçün mühüm əhəmiyyət kəsb edir

Türkiyə XİN başçısı Hakan Fidan Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşündən əvvəl tərəflərin birbaşa danışıqlara hazır olduğunu qeyd edib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu İstanbulda Rusiya-Ukrayna danışıqları zamanı Türkiyənin Xarici işlər naziri Hakan Fidan deyib. 

O bildirib ki, hər keçən gün bir çox insanın ölməsinə səbəb olur:

"Tərəflər arasında sülh olacağına səmimi qəlbdən inanıram. Türkiyə dövləti müharibənin dayandırılmasına və sülhün formalaşmasında hər iki dövlətin yanındadır. Bunun üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Amerika prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülh çağrışlarına Putin və Zelenskinin münasibət bildirməklərini çox böyük hesab edirəm. Rusiya-Ukrayna müharibəsinin talehiyi ilə bağlı iki yol var. Birinci yola sülhə gedən yoldur. İkinci yol isə daha çox insan təlafatının olacağıdır. Tərəflər bu iki yoldan hansına seçəcəklərini özləri müəyyən edəcək. Türkiyə Prezidenti də iki tərəf arasında sülhün imzalanması üçün əlindən gələni edir".

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar