SON XƏBƏRLƏR

İstanbulda İranla "Avropa üçlüyü" arasında görüş başa çatıb

2025.05.16, 15:49
İstanbulda İranla "Avropa üçlüyü" arasında görüş başa çatıb

İran ilə “Avropa üçlüyü” arasında İstanbulda keçirilən görüş başa çatıb.

Gunaz.tv

Bildirilib ki, görüş iştirakçı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib.

İranın İstanbul Baş Konsulluğunda keçirilən görüşdə İranı xarici işlər nazirinin müavinləri Məcid Təxt Revançi və Kazım Qəribabadi təmsil edib.

Görüş başa çatandan sonra K.Qəribabadi "X" sosial media platformasında bildirib k, görüşdə Amerika ilə İran arasında keçirilən birbaşa olmayan görüşdən sonrakı vəziyyəti və İrana tətbiq edilən sanksiyaların aradan qaldırılması məsələlərini müzakirə ediblər.

Onun sözlərinə görə, İran və üç Avropa ölkəsi təmsilçiləri diplomatiyanı davam etdirmək əzmində olduqlarını bildiriblər: “Lazım gələrsə, yenidən bir araya gəlib danışıqları davam etdirəcəyik”. 

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar