SON XƏBƏRLƏR

Amerika ilin sonuna qədər Avropadakı qoşunlarının azaldılması ilə bağlı danışıqlara başlayacaq

2025.05.17, 09:44
Amerika ilin sonuna qədər Avropadakı qoşunlarının azaldılması ilə bağlı danışıqlara başlayacaq

Amerika administrasiyası avropalı müttəfiqləri ilə 2025-ci ilin sonunda Amerika qoşunlarının Avropadan qismən çıxarılması məsələsini müzakirə etməyə başlayacaq.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Amerikanın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.

"Biz bununla bağlı müzakirələrə başlayacağıq. Təbii ki, bu NATO sammitindən sonra, bu ilin sonunda olacaq. Bütün müttəfiqlərimiz danışmağa hazırdır", - Uitaker bildirib.

Onun sözlərinə görə, Amerika qoşunların çıxarılmasının istənilən formatının təhlükəsizlik vəziyyətini pisləşdirməyəcəyinə təminat vermək istəyir.

O həmçinin Amerikanın NATO-da qalmaq niyyətində olduğunu deyib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar