SON XƏBƏRLƏR

Trampın köməkçisi İrana “fəlakətli nəticələr” barədə xəbərdarlıq edib

2025.05.17, 10:01
Trampın köməkçisi İrana “fəlakətli nəticələr” barədə xəbərdarlıq edib

Amerika prezidenti Donald Trampın köməkçisi Sebastian Qorka nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə İran rəhbərliyinə “fəlakətli nəticələr” barədə xəbərdarlıq edib.

Gunaz.tv

"Mesaj çox aydındır. Biz İranın nüvə silahı proqramını saxlamasına icazə verməyəcəyik." - deyə Sebastian Qorka bildirib.

“Prezident də açıq şəkildə bildirib, biz İranın terrorizmin ən böyük sponsoru olmağa davam etməsinə və bütün regionda proksiləri maliyyələşdirməyə, öyrətməyə və yönləndirməyə icazə verməyəcəyik.” - o əlavə edib.

O, İranın bu fəaliyyətlərinə son qoyacağını, ya da Donald Trampın bildirdiyi kimi bunun fəlakətli nəticələri olacağı barədə xəbərdarlıq edib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar