SON XƏBƏRLƏR

Dünya Yəhudi Konqresi İranın nüvə obyektlərinin bombalanmasına çağırdı

2025.05.19, 14:53
Dünya Yəhudi Konqresi İranın nüvə obyektlərinin bombalanmasına çağırdı

Ümumdünya Yəhudi Konqresində yeni təyin olunmuş İsrail bölgəsinin rəhbəri Silvan Adams təşkilatın Yerusəlimdə keçirilən ümumi yığıncağında İranın nüvə obyektlərinin bombalanmasına çağırıb.

Gunaz.tv

O, İranla "Obamanın nüvə sazişi"nə bənzər diplomatik yanaşmaların canlanmasına qarşı xəbərdarlıq edib, cəsarətli liderliyə və qətiyyətli addımlara ehtiyac olduğunu deyib.

“Biz Barak Obamanın dövründə baş verənlərə bənzər razılaşmanı qəbul etməməliyik. Belə bir razılaşma bu problemi Amerikanın növbəti administrasiyasının öhdəsinə buraxacaq”,- Silvan Adams əlavə edib.

İran hökumətinin vaxt qazanma və nüvə fəaliyyətlərini ört-basdır etməkdə təcrübəli olduğuna diqqət çəkən konqres başçısı, İsrai və Amerikanın buna imkan verməməsini  istəyib:

“Əgər İran zənginləşdirmə proqramını dayandırmaqdan imtina edərsə, İsrail Amerika ilə birlikdə hədəfli bombalama kampaniyası həyata keçirərək buna son qoymalıdır. İran bu gün həmişəkindən daha zəifdir".

Qeyd edək ki, Yerusəlim Tolerantlıq Muzeyində keçirilən tədbirdə 70 ölkədən 300-dən çox yəhudi icmasının lideri və nümayəndəsi iştirak edib. Bu toplantı Dünya Yəhudi Konqresinin 17-ci Baş Assambleyası olaraq təşkilatın ən yüksək qərar qəbul edən orqanı hesab olunur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar