SON XƏBƏRLƏR

Misir XİN: Biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik

2025.05.19, 14:54
Misir XİN: Biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik

Misirin xarici işlər naziri Bədr Abdulati ölkəsinin Suriya xalqını dəstəkləmək və Suriyanın suverenliyi, birliyi və ərazi bütövlüyünə hörmət etmək öhdəliyinə sadiq olduğunu vurğulayıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Suriyanın SANA İnformasiya Agentliyi məlumat paylaşıb.

Misir Xarici İşlər Nazirliyinin bu gün verdiyi bəyanatda deyilir: “Ölkəmizin xarici işlər naziri Bədr Abdulati Amerika prezidentinin Ərəb, Yaxın Şərq və Afrika məsələləri üzrə baş müşaviri Məsud Bulos ilə görüşüb və bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Abulati həmçinin Misirin qardaş Suriya xalqını dəstəkləmək, Suriyanın suverenliyi, birliyi və ərazi bütövlüyünə hörmət etmək, Suriyanın regionda sabitlik mənbəyinə çevrilməsini təmin etmək əzmində olduğunu vurğulayaraq, bu kritik mərhələnin öhdəsindən gəlmək üçün Suriya cəmiyyətinin bütün təbəqələrini əhatə edən hərtərəfli siyasi prosesin başlanmasının zəruriliyinə diqqət çəkib."

Xatırladaq ki, Məsud Bulos 18 may tarixində Misir Ərəb Respublikasının Prezidenti Əl Sisi ilə görüşüb. Görüş zamanı Misir və Amerika arasında strateji əlaqələr və Yaxın Şərqdəki hadisələr müzakirə edilib.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar