SON XƏBƏRLƏR

Çin XİN: Pekin Rusiya və Ukrayna arasında birbaşa dialoqu dəstəkləyir

2025.05.20, 12:26
Çin XİN: Pekin Rusiya və Ukrayna arasında birbaşa dialoqu dəstəkləyir

Çin Rusiya və Ukrayna arasında birbaşa danışıqları dəstəkləyir və bunun ədalətli və uzunmüddətli sülhə gətirib çıxaracağına ümid edir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu sözləri Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin brifinqdə bildirib.

"Çin Ukraynada sülhə töhfə verən bütün səyləri, Rusiya və Ukrayna arasında birbaşa dialoq və danışıqları, eləcə də mövcud böhranın siyasi həllini dəstəkləyir. Çin tərəfi ümid edir ki, tərəflər danışıqlar vasitəsilə ədalətli və uzunmüddətli sülh sazişinə nail ola biləcəklər", - diplomat qeyd edib.

O, həmçinin Çinin "böhranı həll etmək, uzunmüddətli sülhə nail olmaq və məsələnin həllində konstruktiv rol oynamağa davam etmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazır olduğunu vurğulayıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar