SON XƏBƏRLƏR

Hindistan-Pakistanla münasibətlərinin normallaşacağı gözlənilmir

2025.05.20, 13:21
Hindistan-Pakistanla münasibətlərinin normallaşacağı gözlənilmir

"Hindistan yaxın gələcəkdə Pakistanla normal münasibətləri bərpa etmək imkanı görmür".

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Hindistan xarici işlər nazirinin müavini Vikram Misri bildirib.

“Yaxın gələcəkdə Pakistanla normal münasibətlərdən söhbət gedə bilməz”, - diplomat deyib.

Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlisinin nəzarətində olan hissəsində silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham etsə də Pakistan bunu qəti şəkildə rədd edir.

Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib. Pakistan Hindistanın mayın 10-dakı hərbi zərbələrinə də sərt şəkildə cavab verib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar