Günaz TV APA-ya istinadən xəbər verir ki, baş Qərargah rəisi Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin peşəkar hərbi kadr potensialının artırılmasına xidmət etdiyini vurğulayıb.
General-polkovnik Mannino hərbi kursların, ixtisasartırma proqramlarının təşkili, eləcə də mütəxəssis hazırlığı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-İtaliya hərbi əlaqələrinin möhkəmlənməsində qarşılıqlı səfərlərin xüsusi önəm kəsb etdiyi bildirilib, maraq doğuran bir sıra digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
C