SON XƏBƏRLƏR

Orban: Azərbaycan Macarıstanın qaz təminatını bu il də davam etdirəcək

2025.05.20, 15:15
Orban: Azərbaycan Macarıstanın qaz təminatını bu il də davam etdirəcək

Azərbaycan Macarıstanı əmin edib ki, bu il də qaz təminatını davam etdirəcək.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Macarıstan türkdilli tərəfdaş dövlətlərlə əməkdaşlıq hesabına iqtisadiyyatının təhlükəsizliyini təmin edə bilir:

“Bizim Azərbaycanla əməkdaşlığımız təkcə iqtisadi yox, mənəvi baxımdan da önəmlidir. Biz özümüzü daha rahat hiss edirik”.

V.Orban Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına inandığını vurğulayıb:

“Azərbaycanın Ermənistanla sülh sazişinin mətnini razılaşdırmasından çox məmnun olduq. İnanırıq ki, tezliklə sülh sazişi imzalanacaq”.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar