SON XƏBƏRLƏR

Türkiyə bir sıra ölkələrlə yeni AES-in tikintisi ilə bağlı danışıqlar aparır

2025.05.21, 11:29
Türkiyə bir sıra ölkələrlə yeni AES-in tikintisi ilə bağlı danışıqlar aparır

Türkiyə Rusiya da daxil olmaqla bir sıra ölkələrlə ikinci və üçüncü atom elektrik stansiyasının tikintisi layihələri ilə bağlı danışıqlar aparır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.

Türkiyənin ilk nüvə stansiyası olan “Akkuyu” ilə bağlı (Rusiya tikir - red.) işlərin davam etdiyini bildirən nazir, tikintisi planlaşdırılan ikinci və üçüncü nüvə stansiyaları ilə bağlı da açıqlamalar verib.

“Rusiya, Güney Koreya və Çin ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi layihələrinə maraq göstərir. Onlarla yanaşı başqa ölkələr və şirkətlər də var ki, onlarla görüşlər aparırıq. Bunlardan biri də Kanadanın “Candu” şirkətidir”, - Alparslan Bayraktar vurğulayıb.

O qeyd edib ki, son nəticədə Türkiyə üçün ən faydalı olan seçim ediləcək.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar