SON XƏBƏRLƏR

İran müdafiə naziri: “Heç kim Ermənistanla aramıza girə bilməz”

2025.05.21, 12:56
İran müdafiə naziri: “Heç kim Ermənistanla aramıza girə bilməz”

Xəbər verdiyimiz kimi, Ermənistanın müdafiə naziri Suren Papikyanın İranın Müdafiə və Silahlı Qüvvələrin dəstəyi naziri, briqada generalı Əziz Nəsirzadə ilə təkbətək görüşü olub.

Gunaz.tv

İran yenidən sərt ritorikasına qayıdaraq Ermənistanla sərhəd məsələsində açıq mövqe sərgiləyib. İranın müdafiə naziri Amir Əziz Nasirzadə İrəvanda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdə bildirib ki, İran-Ermənistan sərhədi iki xalqın tarixi ünsiyyət yoludur və Tehranın bu sərhədə hər hansı təcavüzə göz yumması mümkün deyil.

GünazTV xəbər verir ki, bu barədə məlumatı İranın rəsmi "ISNA" agentliyi yayıb.

Nasirzadə bildirib: “İranın əsas siyasəti bütün qonşularla, xüsusilə də Ermənistanla münasibətləri gücləndirməkdir və bu yolda heç bir maneə bizi dayandıra bilməz".

O, həmçinin Azərbaycanın və Ermənistanın apardığı sülh danışıqlarını dəstəklədiklərini iddia edib və İranın bu prosesi sürətləndirməyə hazır olduğunu vurğulayıb: “Qafqazda davamlı sülh bölgə üçün böyük inkişaf imkanları yaradacaq”.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar