SON XƏBƏRLƏR

Amerikada israilli diplomatların qətlində şübhəli bilinən şəxs barəsində edam qərarı çıxarıla bilər

2025.05.23, 11:11
Amerikada israilli diplomatların qətlində şübhəli bilinən şəxs barəsində edam qərarı çıxarıla bilər

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlində şübhəli bilinən şəxs ölümə məhkum oluna bilər.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə “Fox News” telekanalı Federal Təhqiqat Bürosunun sənədlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, şübhəli Elias Rodriqesə xarici rəsmi şəxslərin qətlində ittiham irəli sürülüb ki, bu da ölüm cəzası ilə cəzalandırılır.

Məlumata görə, öldürülənlərdən biri Yaron Lişçinski İsrail vətəndaşı idi. İkinci qurban Sara Milqrim də səfirlikdə işləyirdi.

Qeyd edək ki, ötən gün Vaşinqtonda Yəhudi Muzeyinin qarşısında baş verən atışma nəticəsində İsrail səfirliyinin iki əməkdaşı həlak olub. Onlar muzeydə keçirilən tədbiri tərk edərkən şübhəli şəxs atəş açıb. Atəş açan şəxs saxlanılıb. Həbs zamanı saxlanılan şəxs "Fələstinə azadlıq!" şüarını qışqırıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar