Bruce, Amerika prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı açıq mövqe nümayiş etdirdiyini bildirdi. "Açıq şəkildə prezident vaxtın çatdığına qərar verdi. Mən bilirəm ki, bu mövzuda dərhal işə başlayan və hazırda bunun üzərində çalışan böyük bir komanda var," - Tammy Bruce əlavə etdi.
Prezidentdən göstəriş gəlsə belə, bir ölkəyə qarşı sanksiyaların aradan qaldırılmasının müəyyən vaxt tələb etdiyini vurğulayan Bruce bu prosesdə həm Xarici İşlər, həm də Xəzinə nazirliklərinin intensiv işlədiyini vurğulayıb.
Ş.E