SON XƏBƏRLƏR

Amerika Suriyaya 2019-cu ildə tətbiq edilmiş sanksiya paketini 180 günlük müddətə ləğv edib

2025.05.24, 10:35
Amerika Suriyaya 2019-cu ildə tətbiq edilmiş sanksiya paketini 180 günlük müddətə ləğv edib

Dəməşq Amerika hakimiyyətinin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların bir qismini ləğv etmək qərarını alqışlayır.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bu, Suriya Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb: "Biz ABŞ hökumətinin Suriya və onun xalqına qarşı uzun illərdir tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı qərarını alqışlayırıq. Sanksiyaların ləğvi ölkədə humanitar və iqtisadi böhranın aradan qaldırılması üçün düzgün istiqamətdə atılan müsbət addımdır".

XİN qeyd edib ki, Suriya əməkdaşlığa hazırdır: "Bizimlə hörmət və daxili işlərimizə qarışmamaq əsasında əməkdaşlıq etmək istəyən hər kəsə əlimizi uzadırıq. İnanırıq ki, dialoq xalqların maraqlarına cavab verən balanslaşdırılmış münasibətlər qurmaq və sabitliyi gücləndirmək üçün ən yaxşı yoldur".

Xatırladaq ki, Amerika dövlət katibi Marko Rubio 2019-cu ildə Suriyaya qarşı tətbiq edilən sanksiyalar paketinin 180 gün müddətinə ləğvi ilə bağlı sənədlər imzalayıb. Bildirilir ki, söhbət “Sezar Aktı” adlanan qanun çərçivəsində qəbul edilmiş sanksiyalardan gedir. Bu istisnalar sanitar şəraitin və elektrik və su təchizatı ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına kömək edəcək.

 

 

Ş.E
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar