SON XƏBƏRLƏR

Suriya Amerikanın sanksiyalarla bağlı qərarını alqışladı

2025.05.24, 12:23
Suriya Amerikanın sanksiyalarla bağlı qərarını alqışladı

Suriya Amerikanın sanksiyalarının rəsmi şəkildə ləğvini onun müharibədən sonrakı bərpasına kömək edəcək müsbət addım kimi qiymətləndirib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

“Suriya Ərəb Respublikası ABŞ hökumətinin Suriya və onun xalqına qarşı uzun illər tətbiq etdiyi sanksiyaları ləğv etmək qərarını alqışlayır. Bu, ölkədə humanitar və iqtisadi məsələlərin həlli üçün düzgün istiqamətdə atılmış müsbət addımdır”, - bəyanatda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyalarını rəsmən ləğv edildiyini açıqlamışdı.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar