SON XƏBƏRLƏR

Lübnanın Baş naziri: Biz İsraillə həqiqi sülh istəyirik

2025.05.27, 12:45
Lübnanın Baş naziri: Biz İsraillə həqiqi sülh istəyirik

Əgər razılaşma "həqiqi sülh"ə gətirib çıxaracaqsa, Lübnan İsrail ilə ikitərəfli münasibətləri nəzərdən keçirəcək.

Gunaz.tv

GünazTV “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bunu Lübnanın Baş naziri Nəvaf Salam bildirib.

"Biz sülhsevər millətik, lakin biz həqiqi sülh istəyirik. İsrail ölkəmizə aid əraziləri işğal edir", - Baş nazir deyib.

Lübnandakı Fələstin qaçqın düşərgələrində silahların olması barədə danışarkən Nəvaf Salam bildirib: "Düşərgələrdə silahların olmasının təhlükəli tərəfi budur ki, bu silahlar fələstinlilər arasında münaqişəyə səbəb ola bilər".

Qeyd edək ki, İsrail quru qoşunları Lübnanın Mais əl-Cəbəl yaşayış məntəqəsinin yaxınlığındakı əraziyə daxil olub. İsrail hərbçiləri ərazidə bir neçə yüz metr irəliləyiblər. Hadisənin təfərrüatı açıqlanmır.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar