SON XƏBƏRLƏR

HƏMAS hərəkatı Qəzzada daimi atəşkəs şərtləri ilə razılaşıb

2025.05.29, 12:19
HƏMAS hərəkatı Qəzzada daimi atəşkəs şərtləri ilə razılaşıb

HƏMAS hərəkatı Amerika prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff ilə Qəzza sektorunda daimi atəşkəs rejiminin şərtləri üzrə razılığa gəlib.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Nəşr vurğulayıb ki, bu razılaşma “on israilli girovun azad edilməsini və vəfat edənlərin meyitlərinin İsrail həbsxanalarında saxlanılan fələstinlilərin azad edilməsi müqabilində təhvil verilməsini” nəzərdə tutur.

Qeyd olunub ki, şərtlərin yerinə yetirilməsinin zəmanətçiləri vasitəçilərdir (Misir, Qətər və ABŞ). Mübadilənin təfərrüatları hələlik açıqlanmır.

Hazırda HƏMAS İsrail tərəfinin cavabını gözləyir.

Daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu ordunun Qəzza zolağında HƏMAS lideri Məhəmməd Sinvarı məhv etdiyini təsdiqləmişdi.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar