SON XƏBƏRLƏR

Karni və Tramp rüsumların ləğvi ilə bağlı danışıqlar aparır

2025.06.06, 11:05
Karni və Tramp rüsumların ləğvi ilə bağlı danışıqlar aparır

Kanadanın baş naziri Mark Karni Amerika prezidenti Donald Trampla ticarət razılaşması və Amerikaya idxal edilən Kanada mallarına tətbiq edilən rüsumların ləğv edilməsi məsələsini müzakirə edir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu haqda CBC danışıqlardan xəbərdar mənbələrə istinadən məlumat verib.

Amerika iyunun 4-dən polad və alüminiuma idxal rüsumlarını iki dəfə, 25%-dən 50%-ə qədər artırıb.

Amerika prezidenti Donald Tramp əvvəllər bu qərarı Amerikanın polad sənayesini gücləndirmək zərurəti ilə əsaslandırıb.

Kanadanın baş naziri Mark Karni isə Vaşinqtonun polad və alüminiuma idxal rüsumlarını artırmasına cavab verib və bunu ağılsızlıq adlandırıb.

CBC-nin məlumatına görə, adı açıqlanmayan mənbə Karni və Trampın ticarət razılaşmasına nail olmaq və rüsumlara son qoymaq üçün qapalı danışıqlar apardığını deyib.

İki lider ötən ay Karni Ağ Evə səfər etdikdən sonra bir neçə dəfə telefon danışığı aparıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar