SON XƏBƏRLƏR

KİV: İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır

2025.07.09, 09:52
KİV: İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır

İsrail və radikal Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsə yaxındır, yeganə həll olunmamış problem İsrail Müdafiə Ordusunun anklavdakı statusu və mövcudluğudur.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Sky News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Qəzzaya humanitar yardımın çatdırılması prosesi və HƏMAS-ın 60 günlük atəşkəsdən sonra İsrailin hərbi əməliyyatları bərpa etməyəcəyinə dair Amerikadan zəmanət tələbi kimi digər məsələlərdə əhəmiyyətli fikir ayrılıqlarını həll edə biliblər.

Telekanal bildirir ki, İsrail Ordusunun geri çəkiləcəyi bölgələrə humanitar yardımların çatdırılması üçün üçüncü tərəfdən istifadə olunacaq.

Beləliklə, "Sky News"un qeyd etdiyi kimi, Təl-Əviv tərəfindən Amerikanın iştirakı ilə yaradılan Qəzza Humanitar Fondu İsrail Müdafiə Ordusunun olmadığı yerlərdə fəaliyyət göstərə bilməyəcək. Humanitar yardımın ötürülməsi funksiyalarını BMT və ya digər humanitar təşkilatların öz üzərinə götürəcəyi güman edilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar