SON XƏBƏRLƏR

BAEA-nın Rəhbərlər Şurasının İranla bağlı iclası olacaq

2025.09.06, 13:26
BAEA-nın Rəhbərlər Şurasının İranla bağlı iclası olacaq

BAEA Rəhbərlər Şurasının sentyabr iclası ayın 8-də başlayacaq və İran müzakirələrin əsas mövzusu olacaq.

Gunaz.tv

Bunu Rusiyanın Vyanadakı Beynəlxalq Təşkilatlardakı Daimi Nümayəndəsi Mixail Ulyanov X sosial şəbəkəsində yazıb.

“Şübhəsiz ki, bu görüşdə İran və onun nüvə proqramı məsələsi diqqət mərkəzində olacaq”,- o əlavə edib.

Qeyd edək ki, BAEA-nın Rəhbərlər Şurasının iclasları İranın nüvə dosiyesinin beynəlxalq qarşılıqlı əlaqələr və nüvə danışıqlarında əsas məsələlərdən biri olaraq qaldığı bir vaxtda keçirilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar