SON XƏBƏRLƏR

Pezeşkian Urmuya səfər etdi

2025.10.23, 12:39
Pezeşkian Urmuya səfər etdi

İran prezidenti Məsud Pezeşkian bu gün səhər saatlarında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinə səfər edib.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

O, bu gün Qərbi Azərbaycan əyalətinin Planlaşdırma Şurasının iclasında iştirak edəcək, iqtisadi və siyasi fəallarla görüşəcək.

Pezeşkian Urmuda verdiyi ilk bəyanatında ölkənin iqtisadi vəziyyətinin ağırlığından və neftdən asılılığından danışıb:

"Türkiyənin, Yaponiyanın və Koreyanın nefti və qazı yoxdur, onlar neft alırlar, ancaq vəziyyətləri və həyatları bizdən çox yaxşıdır. Bizim isə neft və qazımız var, ancaq acıq".

O Amerikanın sanksiyaları nəticəsində neft ixracatında yaranan problemlərə də diqqət çəkib:

“Amerika təhdid edir ki, mən sizə neft satmağa icazə verməyəcəyəm, biz ac qalmalıyıq? Neft idxal edən və vəziyyəti bizdən daha yaxşı olan ölkələr nə edirlər?”

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar