SON XƏBƏRLƏR

Qaz əvəzinə Qarabağ? Xəzər qazının taleyi Aşqabad və Sofiyada həll olunacaq

2021.10.20, 07:36
Qaz əvəzinə Qarabağ? Xəzər qazının taleyi Aşqabad və Sofiyada həll olunacaq

Gunaz.tv
Qaz əvəzinə Qarabağ? Xəzər qazının taleyi Aşqabad və Sofiyada həll olunacaq Avropa Birliyi təbii qaz təminatı sahəsində Rusiyadan asılılığını azaltmaq və Xəzər bölgəsinin "mavi yanacaq"ının nəqli prosesini daha da aktivləşdirmək məqsədilə Azərbaycanla təmasları sürətləndirməyə başlayıb. Bununla yanaşı, Azərbaycan və Türkmənistanın təbii qazını Avropa Birliyinə ötürmək üçün nəzərdə tutulmuş "Nabucco" layihəsi ilə bağlı işlərə də təkan verilib. Bu gün Aşqabadda BMT çərçivəsində "Enerjidaşıyıcılarının etibarlı və stabil tranziti, onun beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişafda rolu" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Cümə günü isə Sofiyada "Avropa üçün təbii qaz: təhlükəsizlik və əməkdaşlıq" adlı enerji sammiti olacaq. Hər iki konfransda Avropa Birliyi dövlətlərinin Xəzər regionundakı təbii qaz yataqlarından yararlanmalarının yollarıdır. Əsas məsələ isə Azərbaycan və Türkmənistanın təbii qazına hesablanmış "Nabucco" layihəsidir. Məzkur toplantılar Rusiyanı çox narahat edir. Rusiya Enerji Problemlərinin Tədqiqatı Mərkəzinin baş eksperti Qriqori Yartsev əməkdaşımızla söhbətində bildirdi ki, Kreml regiondakı qazın "Nabucco" ilə AB-yə nəqlini israfçı, iqtisadi və kommersiya baxımından sərfəsiz layihə hesab edir. "Mən də belə düşünürəm. Şübhə etmirəm ki, Rusiya bütün təsir mexanizmlərindən istifadə edərək Azərbaycan və Türkmənistan rəhbərliyini "Nabucco" layihəsinin qeyri-effektiv olmasına inandırmağa çalışacaq. Daha doğrusu, bu istiqamətdəki səylərini davam etdirəcək. Azərbaycan qazının Rusiyadan yan keçmək şərtilə Gürcüstan və Türkiyədən Avropa Birliyinə nəql olunması Moskvanın bölgədəki enerji mövqelərini zəiflədir, habelə AB ilə bağlı planlarında zəruri dəyişikliklər etməyə vadar edir. Türkmənistana gəldikdə isə, Almaniyanın RWT AG konserninin Aşqabadda danışıqlar apararaq anlaşma imzalaması "Qazprom"un mövqelərinə birbaşa zərbədir. RWE "Nabucco" layihəsinin iştirakçısı olduğundan almanların Aşqabadda apardıqları danışıqlar da bilavasitə bu boru kəmərinin təbii qazla təminat səviyyəsinin artırılmasına yönəlmişdi. Rusiyanın Türkmənistandan qazı alaraq Avropaya satdığını nəzərə alsaq, bizim necə mövqne tutacağımızı təxminləmək çətin deyil", - Q.Yartsev söylədi. Onun fikrincə, Rusiyanın nümayəndə heyəti hər iki konfransda mövqelərini qoruyaraq Azərbaycanla Türkmənistanı razı sala bilməsə, Xəzər qazı Avropaya Rusiyadan yan keçməklə nəql ediləcək. Kreml Aşqabad konfransına baş nazir müavini İqor Seçinin başçılıq etdiyi nümayəndə heyətini yollayıb. Ona verilən tapşırıq isə "Orta Asiya-Mərkəz-4" qaz boru kəmərində baş vermiş partlayışdan sonra Türkmənistasnla sərinləşmiş münasibətlərir bərpa etməkdir. Xatırladaq ki, rəsmi Aşqabad bu insidentdə Moskvanı suçlayır. Rusiya Dövlət Duması spikerinin müavini, Rusiya Qaz Cəmiyyətinin prezidenti Valeri Yazevin dediyinə görə, Moskva və Aşqabad arasındakı münasibətlərdə gərginliyin yaranmasından "başqa qüvvələr" istifadə edə bilər. "Belə ki, Aşqabada ABŞ-dan böyük nümayəndə heyəti gəlib. Həmin heyətdə prezident Barak Obama administrasiyası və iri biznesin təmsilçiləri var. Amerikalıların əsas məqsədlərinin Almaniyanın RWE konserni təki türkmənlərlə anlaşma imzalamaq olduğunu istisna etmirəm", - V.Yazev söyləyib. Sofiya konfransında isə Rusiyanı baş nazir Vladimir Putin təmsil etməli olsa tda, dünən onun səfəri təxirə salınıb və nümayəndə heyətinə energetika naziri Sergey Şmatkonun başçılıq etməsinə qərar verilib. ARDNŞ-dən əməkdaşımıza verilən açıqlamada isə Avropa Birliyinin "Nabucco" ilə bağlı işləri fəallaşdırdığı, bu ilin sonunadək yekun sənədlərin imzalanacağı bildirildi. İldə 8 milyard kubmetr təbii qazın nəqli üçün nəzərdə tutulmuş "Nabucco" üçün gərəkli həcmdə "mavi yanacaq" problemi isə aktuallığını itirməyib. Layihənin Türkmənistan və Azərbaycanın təbii qaz ehtiyatlarına hesablandığını xatırlasaq, durump daha da "maraqlı" çalarlar alır. Belə ki, Türkmənistanın hazırda hasil etdiyi təbii qazın ümumi həcminin əsas hissəsini Rusiyanın "Qazprom" konserni alır: yaxın 3-4 ildə situasiya dəyişməyəcək. Azərbaycanda isə qaz hasilatı həcmi yalnız 2012-2014-cü illərdən sonra arta bilər. Hazırda Türkmənistanda ildə 70 milyard kubmetr qaz çıxarılırsa, Azərbaycanda bu rəqəm 10 milyard təşkil edir. Bundan başqa, Azərbaycan və Türkmənistanın təbii qazı "Nabucco" ilə nəql edilərsə, Bakı ilə Aşqabad Çin və Pakistanın ən yaxşı halda incik bəyanatlarını eşitməli olacaq. Zira bu ölkələr də Xəzərin təbii qazına iddialıdır. Müşahidəçilərin fikrincə, təbii qazla bağlı Rusiya, Avropa Birliyi, Çin və ABŞ-ın cəlb olunduğu oyunda "stavka"ların artmasını Azərbaycan laqeydliklə müşahidə etmək niyyətində deyil. Rəsmi Bakı bu dəfə təbii qaz satışları məsələsindən siyasi təsir vasitəsi kimi istifadə edir və müşahidə edilən proseslər də buna dəlalət edir. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesində əsas vasitəçi rolunu oynamaq istəyini nəzərə alan Bakı, ona təklif edilən silah və hərbi texnikanın əvəzinə Kremldən hadisələrə kəskin müdaxilə etməmək, habelə danışıqlar prosesində Ermənistanın maraqlarından çıxış etməmək vədlərini almaq niyyətindədir. İyunda Sankt-Peterburqda keçiriləcək iqtisadi forum çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərini görüşdürərək Dağlıq Qarabağ münaqişəsinin dinc, siyasi yollarla həll edilməsi barədə ikinci "Mayndorf bəyənnaməsi"nin imzalanmasına nail olmağa can atan Rusiyanın dövlət başçısı Dmitri Medvedyev məqsədinə çatacağı təqdirdə, Kremlin "sülhyaratma" missiyasının effektivli olduğunu göstərmək istəyir. Rusiyanın istəklərir dəyişməz və sabitdi: yeganə məqsəd postsovet məkanını tam siyasi nəzarətə götürməkdi. Bakı bu prosesin qarşısını ala bilməyəcəyini anladığından Kremlin təsirini Azərabaycandan kənarlaşdırmaq, eyni zamanda Moskvanın ambisiyalarından öz məqsədləri üçün istifadə etmək istiqamətini seçib. Pis yol deyil, amma iriləyərkən rus odu ilə izafi oynamağın təhlükəli olduğu unudulmamalıdır. Həsən AĞACAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar